text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Aqil Abbas: "Mən ədəbiyyat adamıyam, AMMA JURNALİSTİKA DA ƏDƏBİYYATDAN KƏNARDA DEYİL". Gülüş günündə dünyaya göz açan Aqil müəllimin, yəqin elə bu səbəbdəndir ki, həm yaradıcılığında, həm insanlarla ünsiyyətində güclü yumor hissi mövcuddu. Aqil Abbasın bir çox titulları olsa da, özünü daha çox ədəbiyyat adamı sayır. De...
ANL
Geriyə qayıtmaq imkanım olsaydı, buraxdığım səhvləri təkrarlamazdım". AZƏRBAYCAN MİLLİ KOMANDASININ SABİQ BAŞ MƏŞQÇİSİ VAQİF SADIQOVUN BU GÜN 50 YAŞI TAMAM OLUR. Azərbaycanın ən güclü futbol mütəxəssislərindən biri hesab olunan Vaqif Sadıqov aprelin 1-də ömrünün 50-ci baharına qədəm qoyacaq. Düzdür, təəssüflə qeyd etmə...
ANL
Elçinin "Qatil"i Moskvada Türkiyə və Azərbaycanı təmsil edib. Çağdaş Türkiyə teatr sənətinin bir çox uğurları Azərbaycanın xalq yazıçısı Elçinin adı ilə bağlıdır. Onun pyesləri Türkiyənin müxtəlif teatrlarının səhnələrində böyük uğurla tamaşaya qoyulur, beynəlxalq festivallarda göstərilir, nüfuzlu mükafatlara layiq gör...
ANL
Nurəddin Qənbərin yeni kitabı nəşr edilib. "Bakı-Şirvannəşr"də yazıçı-cərrah Nurəddin Qənbərin "Yazdıqlarım həyatımdır" adlı kitabı çap olunub. Kitabda yazıçının müxtəlif illərdə yazdığı hekayə, oçerk və məqalələri, eləcə də əsərləri haqqında yazılmış rəylər, resenziyalar, şeirlər toplanıb. Kitaba yazıçının son illərdə...
ANL
Borçalının keçmişinə və gələcəyinə daha bir baxış. Kitabda Gürcüstanın Borçalı və ona bitişik bölgələrdə tarixən məskunlaşmış türklərin keçmişi, etnoqrafiyası araşdırılıb. 1980-ci illərin sonlarından başlanan etnik proseslərin çeşidli istiqamətləri, ortaya çıxan problemlər təsvir edilərək onların həlli yolları barədə f...
ANL
"Leyli və Məcnun" multimedia tərtibatında ifa olunacaq. Məşhur violonçel ustası Yo-Yo Ma özünün "İpək Yolu" layihəsinin on illiyi şərəfinə Şimali Amerikada bir sıra konsertlər keçirəcək. Layihənin məqsədi böyük ticarət yolunda yaşayan xalqların musiqi ənənələrinə diqqət yönəltmək, Şərq və Qərb arasında musiqi əlaqələri...
ANL
"Cəfər Cabbarlı yaradıcılığında soyqırım mövzusu" müzakirə edilib. Ötən gün Cəfər Cabbarlının ev-muzeyində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. "Cəfər Cabbarlı yaradıcılığında soyqırım mövzusu" adlı tədbiri ev-muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı açaraq, tarix boyu azərbaycanlıl...
ANL
Şıxoğlular ocağının sönməyən işığı. Zamanında görkəmli hərbçilər yetişib Şıxoğlulardan. Rus artilleriyasının babası çağrılan general Əliağa Şıxlınskinin kəşf etdiyi "Şıxlinski üçbucağı" deyilən üsuldan bütün dünyada yararlanıblar. Görünməyən hədəfi top atəşiylə vurmaq üsuludu bu. Gəncə qiyamında hərbi komandanlığı əlin...
ANL
Gəncədə Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi açılacaq. Gəncə şəhərindəki Dövlət Rəsm Qalereyasında I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərginin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, aprelin 2-...
ANL
Öz tarixi və ünvanı olan insan. FİLOLOGİYA DOKTORU, PROFESSOR NİZAMİ XUDİYEVİN 60 YAŞI TAMAM OLUR. Milyonların, milyardların biri kimi doğulan, böyüdükcə düşünən, yaradan, yaratdıqca düşündürən insan, məhsuldar alim, yaradıcı publisist, qurduğunu qoruya bilən stabil ictimai-siyasi xadim, arqumentli şəxs, təcrübəli dövl...
ANL
Məmməd Məmmədqulu oğlu Məmmədyarov. Sovet dövrünün heykəlləri. Azərbaycanda sovet dövründə ucaldılmış abidələrdən biri də Məmməd Məmmədqulu oğlu Məmmədyarovun Maştağa kəndindəki abidəsidir. M.Məmmədyarovun fəaliyyəti haqqında əhalinin mütləq əksəriyyətinin məlumatsız olduğunu nəzərə alaraq, qısa da olsa, onun haqqında ...
ANL
Nahid ərəbcə ulduz adıdır. Bu ulduzun bir adı da Zöhrədir. Deməli, Zöhrə də Nahiddir. Deməli, Sevid də Nahiddir. El içində bu ulduza Dan ulduzu deyirlər. Bütün bu məlumatları lüğətlərdən götürmüşəm. Burda cəm olan adlara baxıb gördüm ki, hamısı Nahidə yaraşır. Bu kitab eşqsiz yazılmazdı. "Yada düşdü" kitabı bayaq dediy...
ANL
Qobustanın yenidən kəşfi. AMAZONLARIN OXUNMAMIŞ DAŞ KİTABI: Mən Vətənimin tarixi və mənəvi dəyərlərini qürbətdə dərk etdim. Amazonlar kim olublar - savaşçı, qorxmaz, ədalətli həm də vəhşi Qafqaz qadınları, at belində, ox çiynində köçəri qadın topluları. Ox ata bilmək üçün uşaqlıqda sağ döşləri dağlanır, dağlarda yaşarm...
ANL
Martın 30-da Azərbaycanın xalq rəssamı Rafis İsmayılovun anadan olmasının 70 illiyi tamamlanıb. Həyatını milli kinomuzun və teatrın inkişafına həsr edən bu istedadlı sənətkarın adına bədii filmlərdə, teatr tamaşalarında quruluşçu rəssam, cizgi filmlərində isə rejissor, rəssam, ssenarist kimi tez-tez rast gəlmək olar. Y...
ANL
Azərbaycan pəhləvanları Avropanı fəth edir. YOLUN AÇIQ, UĞURUN, SEVİNCİN BOL OLSUN, AZƏRBAYCAN! Azərbaycanın sərbəst güləş ustalarının Vilnüsdə keçirilən Avropa çempionatında xarüqələr yaradır. Elə yarışın birinci günü onların qazandıqları bir dəst medalın ölkəmizə gətirdiyi böyük sevinc hissi bizi hələ uzun müddət tər...
ANL
Bakıda beynəlxalq arxeoloji konfrans keçirilir. Dünən Bakıda "Azərbaycan - şərq və qərbi birləşdirən ölkə (VII və IV minilliklər)" mövzusunda beynəlxalq arxeoloji konfrans öz işinə başlayıb. Qeyd edək ki, sözügedən konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Almaniya Arxeolo...
ANL
Yevlaxda elektron kitabxana istifadəyə verilib. Bugünlərdə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bir qrup mədəniyyət işçisi və media nümayəndəsi Yevlax şəhərinə səfər ediblər. Əvvəlcə Yevlaxdakı Heydər Əliyev prospektində Mərkəzi Elektron Kitabxananın açılışı olub. Açılış mərasimində Yevlax Rayon İcra Hakimiy...
ANL
Ənvər Əhmədin şeir dünyası. Şeir və şair haqqında söhbətə adətən bir az uzaqdan, şairin ilk şeirlərindən başlamaq olar. Bununla da yaradıcılığının kamillik dövrünü yaşayan şairin keçdiyi sənət yolunun izinə düşürsən, bu "üsul"la keçmişlə bugün, cavanlıqla müdriklik görüşür. Cavanlıqdan müdrikliyə gedən yollarda isə eni...
ANL
Azərbaycanlı rəssam Türkiyə dövlət adamlarının mum heykəllərini hazırlayıb. Türkiyədə çalışan azərbaycanlı rəssam və heykəltəraş Sənan Eynullayev Türkiyənin dövlət adamları və siyasətçilərinin bal mumundan heykəllərini düzəldib. APA-nin Türkiyə bürosunun xəbərinə görə, heykəlləri hazırlanan siyasətçi və dövlət adamları...
ANL
Almaniyadakı Nizami Gəncəvi adına İnstitut "Bu günün Qafqaz amazonları" sorağında. Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu beynəlxalq müsabiqə elan edib. İnstitutun direktoru Nuridə Atəşi APA-ya açıqlamasında bildirib ki, müsabiqənin məqsədi Qafqaz qadınlarının həmrəyliyini nü...
ANL
Oqtay Kazımi "bir-iki günə yazılan" mahnıları bəyənmir. "Bir-iki günə yazılan mahnıya mahnı deyə bilmirəm. Düşünürəm ki, qısa müddətdə yazılan mahnının keyfiyyəti aşağı olar. Burada söhbət mövzu qıtlığından getmir, çünki mövzu çoxdur. Əsas mahnını professional şəkildə təqdim etməkdir". APA-nın məlumatına görə, bu sözlə...
ANL
Azərbaycanda muğam təntənəsi - dünyanın musiqi bayramı. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dünya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrildi, Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərinin bir daha Azərbaycana yönəldi. Festival çərçivəsində muğa...
ANL
Tarixi abidələrin sökülməsi xarici qurumları narahat edir. Dünən D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətində "İslam" Demokratiya və İnsan Haqları Mərkəzi "Tarix, mədəni və təbii irsi qoruma şəbəkəsi" ilə birgə "Avropa mədəni irs siyasəti və Azərbaycan gerçəkliyi" mövzusunda mətbuat konfransı keçirib. Cəmi...
ANL
İlyas Əfəndiyev. ... sonra Boz canavar yenə yoluna davam etdi, başını aşağı salıb - qurumuş kol-kosun çör-çöpü az qala burnuna, susuzluqdan cadar-cadar olmuş dodaqlarına sürtülürdü - irəlidə, qancıq isə arxada gedirdi və ara-sıra özü ilə Bozun arasında addımlayan küçüklərə baxsa da, küçüklərin qulaqlarının, quyruqların...
ANL
Səmimiyyət işığı. TALEH HƏMİDİN YARADICILIĞI HAQQINDA QISA DÜŞÜNCƏLƏR. Səmimiyyət insan xarakterinin bəlkə də ən vacib keyfiyyətlərindən biridir. Özü də bu səmimiyyət təbii olanda zərifləşir, ülviləşir, sahibinə əzəmət və qürur gətirir. Yaradıcı adamın səmimiyyəti isə mütləq onun sənətinə hopur. Bəstəkarın təranələrind...
ANL
Məşhur kino rejissoru, Azərbaycanın xalq artisti, professor Tofiq İsmayılovun 70 yaşı tamam olur. Tofiqlə 60-cı illərdə hər ikimiz Azərbaycan radiosunda işlədiyimiz zaman tanış olduq. 1964-cü ildə Moskvada Ali Ssenari Kurslarını bitirib Bakıya qayıdandan sonra Radionun Uşaq verilişləri şöbəsinin müdiri təyin edildim, T...
ANL
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ DAHA BİR MÜSBƏT ƏNƏNƏNİN ƏSASI QOYULDU. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Bayatı" kitab evində yazıçı-dramaturq, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin yeni işıq üzü görmüş kitabı - "Şah Abbas" tarixi romanı ilə bağlı İmza günü keçirildi. Tədbiri AYB-nin kati...
ANL
"Müasir Ukrayna tarixi" kitabının təqdimatı keçirilib. Aprelin 3-də BSU-nun Ukrayna Mədəniyyət mərkəzində Avropaşünaslıq kafedrasının dosenti H.Məmmədovun "Müasir Ukrayna tarixi" (XX əsrin sonları-XXI əsrin əvvəlləri) dərs vəsaiti kitabının təqdimetmə mərasimi keçirilib. Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri B.Klim...
ANL
Dövlət Film Fonduna yeni materiallar təqdim edilib. Azərbaycanın görkəmli kinodramaturqu İmran Qasımovun Lipetsk Film Fondunda saxlanılan fotoneqativləri Dövlət Film Fonduna təqdim olunub. Bu barədə APA-ya Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. C. Quliyev bildir...
ANL
Ədəbiyyat tariximizin unikal mənbəyi. Bu yaxınlarda XVI-XVII əsrlər görkəmli Azərbaycan şairi, ədəbiyyatşünası və rəssamı Sadiq bəy Əfşarın "Məcməül-xəvas" təzkirəsi çapdan çıxıb. Əsərin Azərbaycanın elmi və ədəbi fikir tarixində hansı yeri tutmasını göstərmək üçün onun mərkəzinə qoyulan yazı prinsipləri barədə danışma...
ANL
Təzə səslər, nəfəslər. Əlimə keçən ilk şeir kitablarından söz açmaq istəyirəm. Deyim ki, vaxtilə belə kitablar əksər hallarda çətinliklə, cavan müəlliflərin səbr və intizarını qıra-qıra çap olunurdu. Ədəbiyyatda özünü təsdiq etmək üçün həmin cavan müəlliflər o ilk kitabı illər boyu gözləyirdilər. Əlbəttə, o cavan müəll...
ANL
Bu ərəfədə boğaza qədər yığılan söhbətləri bölüşməyin vaxtı çatıb. Kanalların kiflənmiş ritorikası bütün bayram dövrünü burnumuzdan gətirdi. Təkrarçılıqdan əl çəkə bilməyən, deyərdim, buna istedadı çatmayan TV-lərimizin primitiv Novruz anlayışı o rayon sənin, bu bölgə mənim gəzərək, seyriçiləri bezdirdi. Pafos qulaqlar...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Ötən hissədə dünya səviyyəli universitet yaratmağın üç yolundan birincisi - mövcud universitetlərin səviyyəsinin yüksəldilməsi və müasirləşdirilməsi barədə məlumat verməyə çalışmış, nümunə kimi uzun müddət kommunist ideologiyası hökm sürmüş, Çində bu ist...
ANL
"Televiziya və radio yayımı haqqında" qanuna dəyişikliklər edildi. Parlamentin dünən keçirilən iclasında "Televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsilə bağlı qanun layihəsi müzakirə olundu. Parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirdi ki, hazırda...
ANL
Çanaqqalada Azərbaycan şəhidlərinin xatirəsinə abidə qoyulacaq. Çanaqqalada Azərbaycan şəhidlərinin xatirəsinə abidə qoyulacaq. Artıq bununla bağlı Türkiyə rəsmiləri ilə danışıqlar aparılıb". Bu məlumatı dünən keçirdiyi mətbuat konfransında Çanaqqala döyüşlərinin 94-cü ildönümü ilə əlaqədar Türkiyədə təşkil edilən tədb...
ANL
ATƏT nümayəndələri Naxçıvan Dövlət Universitetində olublar. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin rəhbər əvəzi Aleksis Şahtaxtinski və qurumun bir qrup nümayəndəsi Naxçıvan Dövlət Universitetində (NDU) olub. NDU-dan "525"ə verilən məlumata görə, universitetin rektoru, akademik, millət v...
ANL
Aqil Abbas Gənc Ədiblər Məktəbinin üzvlərilə görüşüb. M.F.Axundov adına Milli Kitabxanada Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı oldu. GƏM-in rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid gənc yazarların yaradıcılıq yolunda uğurla irəlilədiklərini önə çəkdi. R.Məcid "Ulduz" jurnalının apre...
ANL
Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı naminə daha bir addım. PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN DƏSTƏYİLƏ HAZIRLANAN YENİ NƏŞRLƏR İCTİMAİYYƏTƏ TƏQDİM EDİLİB. Ötən gün Atatürk Mərkəzində Mirzə Məmmədoğlunun "Qədim Tiflis", Alxan Binnətoğlunun "Teatr haqqında söhbətlər", Nəriman Əliyevin ingilis dilindən çevirərək t...
ANL
AzTV - Azərbaycan efirinin yeniliklər mənbəyi. Əslinə baxanda, rəmzi olaraq köhnədir. İndi isə orda hər şey - yerdən, çöldən, divardan tutmuş bütün otaqlara, avadanlıqlaradək təptəzədir. Və Onun qapısından çoxdan çıxmış insanların nostalji duyğularını başa düşmək çətin deyil. Rəsmi etiraf etməsələr belə, eşidirəm ki, h...
ANL
Ramiz və Əyyub Quliyevlərin Polşada konserti olacaq. Aprelin 17-də Polşanın Koşalin şəhərində Stanislav Monyuşka adına Dövlət Filarmoniyasının Böyük Zalında Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev Koşalin Dövlət Filarmonik Orkestri ilə birgə konserti keç...
ANL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, milli romans janrının banisi Asəf Zeynallının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfansı giriş sözü ilə ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prore...
ANL
Bölgə teatrlarında yeni tamaşalar hazırlanır. S.Rəhman adına Şəki Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" əsəri əsasında tamaşanın məşqlərinə başlanılıb. Teatrdan verilən məlumata görə tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur. Əsa...
ANL
Rus dili və ədəbiyyatı həftəsində A.S.Puşkin yad edilib. Bakıdakı 160 nömrəli klassik gimnaziyada rus dili və ədəbiyyatı həftəsi başlanıb. Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 210 illiyinə həsr edilmiş musiqili-ədəbi kompozisiya ilə açılan tədbirdə YUNESKO-nun assosiativ üzvü olan tədris müəssisəsinin direktoru...
ANL
Şairin ilk kitabı təqdim olunub. Gözdən Əlil Uşaqlar üçün Respublika İnternat Orta Məktəbində gözdən əlil Şəhriyar Həsrətin "Dünya, aç qapını çıxım gedim" kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində çıxış edən məktəbin direktoru Namidar Hüseynquliyev, şair Ədalət Əsgəroğlu, "Qafqaz Media" İB-nin sədri A...
ANL
Yazıçılar Birliyinin "Natəvan" klubunda AYB-nin filologiya elmləri doktoru Xədicə Muradın kitabı təqdim olundu. Qeyd edək ki, "Bulaq üstə bitən susuz laləyəm" müəllifin sayca beşinci kitabıdır. İlk səhifəsində "Ehtiyacın qolları o qədər qüvvətlidir ki, bu qolların gücünə çoxu bələddir. O, səni sıxacaq, sıxdıqca da heyd...
ANL
Dövlət Gənclər və Gənc Tamaşaçılar teatrları birləşdirilib. Azərbaycan Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirilib. Bu barədə APA-ya məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova bildirib ki, iki teatrın birgə fəaliyyət göstərməsi ...
ANL
Lentə köçürülmüş ömür. Həyatını, taleyini yaradıcılığa, sənətə həsr etmiş adamlarla ünsiyyətdə olmaq hədsiz dərəcədə maraqlıdır. Bir ömürdə iki həyat - bir adi insan həyatı, ayların, illərin sayını, bir də sənət həyatı yaşayan insanlar zəngin mənəvi potensiala malik olurlar. Həyatımla bağlı belə şəxsiyyətlərdən biri gö...
ANL
Azərbaycan-Litva biznes-forumu işə başladı. İKİ ÖLKƏ SAHİBKARLARI ARASINDA BİR NEÇƏ MÜQAVİLƏ İMZALANA BİLƏR. Dünən Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Litva biznes forumu işə başlayıb. "APA-Economics"in m...
ANL
Tarixin ibrət dərslərini unutmaq olmaz. Artıq xeyli vaxtdır Ermənistan kütləvi informasiya vasitələri yaxın zamanlarda Türkiyə-Ermənistan sərhədinin açılacağı və iki ölkə arasında diplomatik münasibətlərin qurulacağı barədə xəbərlər yaymaqdadır. Sərhədlər hələ açılmamış bədnam qonşularımızın ekspertləri sevincək halda ...
ANL
Vilnüslə Bakı arasında memorandum imzalandı. SƏNƏDDƏ QARABAĞ MÜNAQİŞƏSİNİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİ DƏSTƏKLƏNİR. Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında daha geniş siyasi dialoqun qurulması üçün memorandum imzalanıb. Bu barədə dünən litvalı həmkarı Viqaudas Uşatskasla görüşdən sonr...
ANL
"Almanlar Azərbaycanda" mövzulu beynəlxalq elmi-praktik konfrans keçirilir. Bakı Slavyan Universitetində (BSU) almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunan "Almanlar Azərbaycanda" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Qeyd edək ki, sözügedən konfrans və fotosərgi Bakı Slavy...
ANL
Dünən Abşeron rayonunun Məhəmmədi kəndində 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ACQUİRE Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinin İcma İnkişafı modeli ilə bağlı tədbir keçirilib. ACQUİRE Azərbaycan Reproduktiv Sağlamlıq və...
ANL
"Türkiyə iqtidarı "Bir millət, iki dövlət" prinsipini unutmamalıdır". Dünən Azərbaycanda fəaliyyət göstərən QHT-lər İnsan Hüquqları İnstitutunda Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz kampaniyası təşkil ediblər. Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, hər zaman Azərbaycanın yanında olan Türkiyə iqtid...
ANL
V.Səmədova adına sərgi salonunda "Molla Nəsrəddin" məcmuəsinin yaradıcısı Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş "Molla Nəsrəddin"- Azərbaycan-2009" Beynəlxalq karikatura müsabiqəsi qaliblərinin və mükafatçılarının əsərlərindən ibarət sərgi keçirilib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliy...
ANL
Gənc pianoçuların respublika müsabiqəsinin birinci turu başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Gənc pianoçuların ümumrespublika müsabiqəsi"nin birinci turuna start verilib. Bu mərhələdə seçim iştirakçıların təqdim etdikləri videoyazıya əsasən aparılacaq. Nazirliyin mətbuat xidmətindən...
ANL
Sumqayıtlıların "Xilaskar"ı Rus Dram Teatrının səhnəsində. Sumqayıta şəhər statusu verilməsinin 60 illik yubileyilə bağlı mədəni proqram çərçivəsində H.Ərəblinski adına Dövlət Musiqili Dram Teatrı Bakıda "Xilaskar" tamaşasını təqdim edib. S.Vurğun adına Rus Dram Teatrında nümayiş etdirilən tamaşa tanınmış dramaturq Aqş...
ANL
Azərbaycan opera səhnəsinə yeni Leyli və Məcnun gəlir. Tamaşaçılar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yeni Leyli və Məcnun görəcəklər. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 3-də nümayiş etdiriləcək "Leyli və Məcnun" operasında Vüsalə Musayevanın Leyli, İlkin Əhmədov...
ANL
Dubaydakı Azərbaycan Cəmiyyəti Türkiyə rəhbərliyinə müraciət etdi. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gülə və baş naziri Rəcəb Tayyib Ərdoğana bəyanat ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "52...
ANL
Azərbaycan müxalifəti Ankaranı sərhədləri açmamağa çağırdı. Azərbaycanın müxalifət liderləri hesab edirlər ki, rəsmi Ankara beynəlxalq təzyiqlərə baxmayaraq, Ermənistanla sərhədlərin açılmasından imtina etməlidir. "Azərbaycanın bütün siyasi qüvvələri sərhədlərin açılması ehtimalının qarşısının alınması üçün mütləq Türk...
ANL
Türk dünyası və Müsəlman Şərqi dünyaya çox fatehlər verib. Onlardan biri də Əmir Teymurdur. Hər il aprelin 9-u Özbəkistanda Şərq və müsəlman dünyasının böyük filosofu, yenilməz sərkərdəsi və 7 dünya hökmdarı Əmir Teymurun doğulduğu gün - müqəddəs bayram kimi qeyd olunur. İstər sağlığında, istərsə də ölümündən 604 il ke...
ANL
"Sərhədlərimiz bizim namusumuzdur". PROFESSOR YUSUF HALACOĞLU: "ERMƏNİSTAN XOŞLUQLA İŞĞAL ETDİYİ TORPAQLARDAN ÇƏKİLMƏLİDİR". "Ermənistanla sərhədlərin açılması sadəcə Türkiyənin məsələsi olmadığına görə, burada Azərbaycanın bir kənarda tutulmasından söhbət gedə bilməz. Diplomatik həmlələrin çox normal şəkildə qəbul edi...
ANL
"Azərbaycanlılar bizim canımızdır". UFUK TANERİ: "DOĞU AKDENİZ UNİVERSİTETİ AZƏRBAYCAN ALİ MƏKTƏBLƏRİ İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏK İSTƏYİR". Son zamanlar Quzey Kıprıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasında xüsusilə təhsil sahəsində əlaqələr getdikcə genişlənməkdədir. Bakıya bu ölkənin müxtəlif universitetlərinin rəh...
ANL
Milli Dram Teatrı Moskvada fəxri diploma layiq görülüb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Moskvada keçirilən Beynəlxalq Teatr Sərgi-Yarmarkasında iştirak edib. Bu barədə məlumatda bildirilir ki, sərgi-yarmarkada Milli Dram Teatrına həsr edilmiş stenddə son bir neçə il ərzində ən uğurlu tamaşaların afişa və p...
ANL
Məmməd Səid Ordubadi yad edilib. Görkəmli yazıçı və satirik şair Məmməd Səid Ordubadinin xatirə muzeyində ədibin 137 illiyi ilə əlaqədar tədbir keçirilib. Muzeyin direktoru Lalə Abbaszadə, elmi işçi İradə Vəliyeva, filologiya elmləri doktoru Himalay Qasımov, "Aytam" Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin səd...
ANL
Litva musiqiçiləri Bakıda konsert veriblər. Dövlət Filarmoniyasında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin Litvanın M.Rostropoviç adına Fondunun musiqiçilərilə birgə konserti keçirilib. Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas konserti xarici işlər naziri Viqaudas Uşatskasın Azərbaycana uğurlu səfərinin məntiq...
ANL
Böyük ədibin dünya şöhrətinin yeni üfüqləri. Görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatının dünya şöhrəti qazanmış qüdrətli nümayəndəsidir. Böyük demokrat ədibin əsərlərindən nümunələrin XX əsr boyu ingilis, fransız, alman, rus, türk, ukrayna, polyak, moldovan, özbək, fars, t...
ANL
Abbas Abdulla: şəxsiyyət və şair kimi. DƏYƏRLİ BİR KİTABIN TƏSİRİ İLƏ QƏLƏMƏ ALINAN DOST QEYDLƏRİ. Bakıya gəldiyim günün səhəri orta məktəbdə eyni sinifdə oxuduğumuz mehriban bir dostumu görmək arzusu ilə Azərbaycan Yazıçılar Birliyinə üz tutdum. İkinci mərtəbədə bir nəfərdən Abbas Abdullanın hansı otaqda olduğunu soru...
ANL
Gecə gözlü qadının yazılmamış şeirləri. Gecəni sevə-sevə. Gözlərinə köçürmüşdü. Gözü üstə yer vermişdi. Bu misralar gecə gözlü qadının - Həyat Şəminin bir şeirindən götürülüb. Həyat Şəmi qarabağlıdır, Füzulidə anadan olub. Boya-başa çatdığı, ilk şeirlərini yazdığı bayatı ab-havalı Qarabağ düşmən işğalı altındadı, Vətən...
ANL
Tarix boyunca neçə-neçə şair taleyi hökmdarın qəzəb və mərhəmətindən, bir də səxavətindən asılı olub və orada - hökmdarın hüzurunda da həll edilib. Hökmdar əlini-əlinə vurub gah xəzinədarı çağırıb, gah da cəlladı. Bir çoxları üçün şan-şöhrətin yolu hökmdarın hüzurundan başlayıb. Hökmdar səxavət göstərərək birinə var-dö...
ANL
Qənirə Paşayeva: "Sərhədlərin açılmasından yeganə qazanan Ermənistan olacaq". XANIM MİLLƏT VƏKİLLƏRİ AZƏRBAYCANIN MÖVQEYİNİ TÜRKİYƏLİ HƏMKARLARI İLƏ BÖLÜŞƏCƏKLƏR. "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər Türkiyənin işğalçı ilə sərhədləri açması bizim üçün qəbuledilməzdir. Bu, bütün Azərbaycan...
ANL
Ziyafət Əsgərov: "Başa düşə bilmirik, sərhədlər niyə və hansı məntiqlə açılmalıdır?". "Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına və mənafeyinə ziddir. Vaxtilə Türkiyənin keçmiş prezidentləri Süleyman Dəmirəl, Əhməd Necdət Sezər, həmçinin indiki hakimiyyət rəsmiləri bu fikri vurğulayıblar"...
ANL
Bakıda yaşayan türk iş adamları və tələbələr etiraz aksiyası keçirdilər. AKSİYA İŞTİRAKÇILARI TÜRKİYƏ İQTİDARININ ERMƏNİSTANLA SƏRHƏDLƏRİ AÇMAQ İSTƏMƏSİNƏ QARŞI ÇIXDILAR. Azərbaycanda yaşayan türk iş adamları və tələbələr Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq dünən aksiya keçiriblər. APA-nın məlumat...
ANL
Cəfərəli Taşbağ: "Biz iqdırlılar Ermənistanla sərhədlərin açılmasından narahatıq". "TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİ AÇILSA, ŞƏXSƏN MƏN ETİRAZÇILARIN ÖNÜNDƏ GEDƏCƏYƏM". İqdırlılar həyəcan təbili çalır! Çox yaxşı olardı ki, Azərbaycandan bir dövlət orqanı səlahiyyətləndirilsin, İqdırın ziyalılarından, nüfuzlu iş adamlarınd...
ANL
Mehmet Nuri Güneş: "Obama qərar verəndən sonra Türkiyə Ermənistanla sərhədlərini açacaq". DTP-li BƏLƏDİYYƏ BAŞÇISINDAN ERMƏNİSTANLA SƏRHƏDLƏRİN AÇILMASINA ETİRAZ EDƏNLƏRƏ XƏBƏRDARLIQ: "BİZ BUNA İMKAN VERMƏYƏCƏYİK". Türklər demiş, iştə Mehmet Nuri Güneş! O Günəş ki, əhalisinin böyük əksəriyyəti Azərbaycan kökənli olan b...
ANL
İşıq yazısı – fotoqrafiya. "İLYAS GÖÇMƏNİN ŞƏKİL DƏFTƏRİ" HAQQINDA SÖHBƏT. Bu yaxınlarda "Mütərcim" nəşriyyatında şair Səlim Babullaoğlunun "İlyas Göçmənin şəkil dəftəri" şeirlər kitabı işıq üzü görüb. Sözügedən kitab şairin "Tənha" və "On" kitablarından sonra anadilli oxucularla üçüncü görüşüdür. İndiyədək dünya ədəbi...
ANL
Yeni bağ qonşumuz - kənd təsərrüfatı nazirliyində aqrar sənaye ilə bağlı hansısa böyük bir idarənin rəisi işləyən Mehman Qulamdarovun bizi təkidlə evinə qonaq dəvət elədiyini eşidəndə əhvalım pozuldu. Tanımadığım insanların əhatəsində olmağın, üstəlik, protokol xatirinə deyilən ənənəvi sağlıqlar və süni ünsiyyət naminə...
ANL
Dünyada qalan İnsan. Dünyadan gör necə insanlar keçib! Deyəsən, bu ifadənin müəllifi şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyim xalq yazıçımız, indi özü də həyatda olmayan Hüseyn Abbaszadədir. Həqiqətən də, yaşadığın illərin arxasından keçmişə boylananda, ömür yolunda rastına çıxan dürlü-dürlü insanları, on...
ANL
Natiq Rəsulzadə: "Mən ədəbiyyata öz mövzumla gəlmişəm". Azərbaycan Yazıçılar Birliyində tanınmış yazıçı-dramaturq Natiq Rəsulzadənin yubileyilə bağlı tədbir və mədəniyyətşünaslığa dair seminar keçirildi. Seminarın təşkilatçısı kulturoloq, filologiya elmləri namizədi Samirə Mirbağırzadə idi. Tədbirdə N.Rəsulzadəni təbri...
ANL
Kinorejissor Tofiq İsmayılovun yubileyi qeyd olunub. Aprelin 8-də Rəşid Behbudov adına Mahnı Teatrında xalq artisti, görkəmli kino xadimi Tofiq İsmayılovun anadan olmasının 70, yaradıcılığının 50 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib. Tədbirin aparıcısı professor Rafael Hüseynov əvvəlcə görkəmli rejissorun...
ANL
"Parisli azərbaycanlı"nın çəkilişləri başa çatıb. Azərbaycanın görkəmli diplomatı, ictimai xadim Ramiz Abutalıbovun həyat yoluna həsr olunmuş 23 dəqiqəlik "Parisli azərbaycanlı" sənədli filmi hazırdır. 2008-ci ilin noyabrından etibarən "Salnamə" sənədli filmlər studiyasında çəkilişlərinə başlanılan filimin rejissorları...
ANL
"Qadının tar çalması çoxuna qəribə gəlsə də, MƏNƏ ADİ HAL KİMİ GÖRÜNÜR, ÇÜNKİ HƏYATIMI TARDAN AYRI TƏSƏVVÜR ETMİRƏM". İstedadlı gənc tarzən Humay Qədimova 1986-cı ildə Bakının Balaxanı qəsəbəsində dünyaya gəlib. Orta təhsilini və musiqi məktəbini Əhmədlidə bitirən H.Qədimova hazırda Konservatoriyanın 4-cü kursunda təhs...
ANL
Söz kamandan əyri çıxanda... Məşhur fransız yazıçı Marqaret Düras Amerikanın mükafatına layiq görüldüyü zaman öz həmyerliləri tərəfindən üzləşdiyi haqsızlıq haqda müsahibələrin birində belə demişdi: "...Mən nüfuzlu Amerika mükafatına layiq görüldüm... Altı amerikalı mənim lehimə səs verdi. Müsabiqənin müxtəlif mərhələl...
ANL
Birinci olmaq səadəti. Valideynlərimin dediyinə görə, danışmağa başlayanda ilk sözüm "Qaqarin" olub. O vaxtlar Moskvada oxuyan atamın qucağında ölkə paytaxtının küçələrini gəzərkən coşqu, sevinc içində bir-birini salamlayan insanlardan eşitdiyim sözlərin içindən məhz "Qaqarin"i seçmişəm. Bəlkə də uşaq dilinə yatımlı sö...
ANL
"Məktub" janrında minnətdarlıq. Sizin 10 cildlik "Seçilmiş əsərləri"nizə ön sözdə çox sərrast deyilmiş bir fikriniz var ki, "mətbuat həvəskarın yox, professionalın əsərini çap etməlidir və mətbuat yazıçı olmaq istəyən adamın yazıçı olmasına qədər keçdiyi yolu öz səhifələrində əks etdirməyə borclu deyil!" İndi mətbuat a...
ANL
Gənc Ədiblər Məktəbinin budəfəki toplantısı haqqında yazı yazmaq niyyətim var idi, amma fəxri qonaq qismində dəvət olunan millət vəkili Aqil Abbasın özü ilə gətirdiyi , az qala "bismillah"ı və "ilahi, şükür"ü olan Qarabağ dərdi, vətən həsrəti işimi bir az çətinə saldı. Daha doğrusu, qonağın danışdığı əhvalatlar, sözü g...
ANL
Bu günlərdə "Vektor" Nəşrlər Evində şair-publisist Tofiq Abdinin "Poeziya" kitabı işıq üzü görüb. Ənənəvi girişlə başlasam da, bu kitab sıradan bir nəşr deyil. Əvvəla ona görə ki, kitab ilk baxışdanca maraqlı tərtibatı ilə diqqəti çəkir. Vərəqlədikcə şeirlər sanki öz-özünə oxunur. Kitabı şairin 68 illik ömrünün poetik ...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Məlumdur ki, müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsil, o cümlədən ali təhsil hesab edilir. ...
ANL
Hər səhər "Azərbaycan"a tələsən insane. O, SÖZÜNÜN KƏSƏRİNİ VƏ MÜVAZİNƏTİNİ QORUYUB SAXLAYAN JURNALİSTLƏRDƏNDİR. İnsan öz doğulduğu torpağa, o yerin-yurdun dağına, çayına, qayasına bənzəyir desəm, yanılmaram. Çünki sirrinə, möcüzəsinə bələd olmağa çalışdığımız təbiətin özü doğulan körpənin taleyinə ata-ana qədər yaxınd...
ANL
Xalq artisti Kamal Xudaverdiyev yad edilib. Dünən Azərbaycan Teatr Xadimləri İttifaqında xalq artisti Kamal Xudaverdiyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov mərhum aktyorun həyat və yaradıcılığından ...
ANL
Budapeştdə Azərbaycan Kinosu Həftəsi olacaq. Macarıstanın paytaxtı Budapeştdə mayın 6-dan 16-dək Azərbaycan Kinosu Həftəsi keçiriləcək. Macarıstana gedəcək Azərbaycan nümayəndə heyətində aktyorlardan Fuad Poladov, Ayan Mirqasım, Mehriban Zəki və başqaları təmsil olunurlar. Azərbaycanlı aktyorların macarıstanlı tamaşaçı...
ANL
Postmodernizm Dillər Universitetində müzakirə olunub. Dillər Universitetinin İnformasiya Resurs Kompleksində "Postmodernizm: fəlsəfə, ədəbiyyat, yoxsa?.." mövzulu dəyirmi masa keçirilib. Tədbirdə Dillər Universitetinin Xarici ölkələr kafedrasının müdiri professor Svetlana Cəbrayılova, şair-tənqidçi Əsəd Cahangir, yazıç...
ANL
"Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın maraqlarına ziddir". AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI TÜRKİYƏ HƏMKARLAR İTTİFAQLARI MƏRKƏZLƏRİNƏ MÜRACİƏT EDİB. Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı xəbərlərə münasibət bi...
ANL
Çingiz Abdullayevin 50 yaşı Yazıçılar Birliyində qeyd olunub. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) dünya şöhrətli detektiv ustası, xalq yazıçısı Çingiz Abdullayevin 50 illik yubileyilə bağlı mərasim keçirilib. Hazırda nəinki Azərbaycan söz sənətinin, həm də dünya ədəbiyyatının nüfuzlu nümayəndələrindən sayıla...
ANL
Elçin yaradıcılığı: görünən və görünməyən tərəflər. Ədəbiyyatımızda erkən yaşlardan "altmışıncılar" möhürünü vurmuş sənətkarlar arasında ön sırada yer tutan Elçin bu gün XXI əsr bədii sözünün inkişafında yaxından iştirak etdiyindən ədəbi tənqid onun əsərlərini daha tez-tez müzakirə predmetinə çevirir. Bəs, bu halda Elç...
ANL
Gəncədə II Uşaq Kitab Festivalı keçirilib. Gəncə şəhərində "Övlad işıqdır" II Uşaq Kitab Festivalı təşkil olunub. Festival "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" tədbirlər silsiləsi çərçivəsində baş tutub. Tədbirin bədii hissəsində Gəncə Dövlət Kukla Teatrının aktyorları, musiqi məktəbləri kollektivlərinin çıxışla...
ANL
Aclıqla müalicə. Artıq çəki və onunla müşahidə olunan xroniki xəstəliklər müasir təbabətin aktual tibbi-sosial problemlərindən biridir. Son illərdə dünyada artıq çəkili insanların sayı artıb. Piylənməsi və ya artıq çəkisi olan şəxslərdə bir sıra ciddi xəstəliklərin əmələ gəlməsi müşahidə olunub. Arıqlamaq istəyən insan...
ANL
"Sovetlər dönəmində miqrasiya problemi təhlükəli, yasaq məsələ sayılıb". HÜQUQİ İSLAHATLARA YARDIM MƏRKƏZİNİN RƏHBƏRİ FƏTƏLİ ABDULLAYEV: "BƏŞƏR TARİXİ "BÖYÜK İNSAN KÖÇÜ" KİMİ TANINAN HADİSƏLƏRLƏ ZƏNGİNDİR". Məlum olduğu kimi, bu ilin 4 mart tarixində dövlət başçısı İlham Əliyev tərəfindən "Miqrasiya proseslərinin idarə...
ANL
Sovet dövrünün heykəlləri Ayna Mahmud qızı Sultanova. Sovet hakimiyyəti illərində Bakıda ucaldılan heykəllərdən biri də Ayna Sultanovanın "Dərnəgül şosesi"nin kənarında, metronun "Gənclik" stansiyasından bir qədər aralı qoyulmuş heykəlidir. Xalq arasında A.Sultanova haqqında məlumatın həddindən artıq az olması onun haq...
ANL
Təhsildə beynəlxalq əlaqələrin yeni üfüqləri açılır. Çağdaş dünyamızda hər bir ölkənin uğuru həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Avropa ölkələrinin təhsil sistemlərinin inteqrasiyası və ümumavropa təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan təhsillə bağlı keçirilən tədbirlər sıra...
ANL
Mədəniyyətlə bağlı ən yaxşı jurnalist işləri mükafatlandırıldı. Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyilə "Mədəniyyət" qəzetinin təşkil etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılmasına həsr olunan mərasim keçirilib. Müsabiqədən əsas məqsəd mədəniyyət mövzusunda ən yaxşı jurnalis...
ANL