Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qazaxıstan Respublikası Hökumətinin üzvləri; 4. |
Vilayətlərin, Astana və Almatı şəhərlərinin rəhbərləri; 5. digər məmurlar.4. |
Yubiley medalının təqdimatı təntənəli şəraitdə, açıq şəkildə həyata keçirilir və şəxsə şəxsən təqdim olunur. |
Təqdimatdan əvvəl Qazaxıstan Respublikası Prezidentinin mükafatlandırılması haqqında Fərmanı elan olunur. |
Yubiley medalının təqdimatı ilə eyni vaxtda mükafatlandırılanların hər birinə müvafiq sertifikat verilir. |
Yubiley medalının təqdimatı barədə müəyyən edilmiş formada protokol tərtib olunur. |
Medalı təqdim edən şəxsin imzası və medalı təhvil verən orqanın möhürü ilə möhürlənir və Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. |
10 il Astana" yubiley medalı sinənin sol tərəfində taxılır. |
Qazaxıstan Respublikasının dövlət mükafatları varsa, onlardan sonra yerləşir. |
Edilən mükafatların qeydləri, habelə yubiley medallarının verilməsinin gedişi barədə hesabat Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası tərəfindən aparılır. |
İlk dəfə 6 may 2008-ci ildə təqdim edilmişdir. |
Ordenin təsviri Yubiley medalı latundan düzəldilib və diametri 40 mm olan müntəzəm dairə şəklindədir. |
Medalın arxa tərəfində bir dairənin şəkli, dairənin ortasında üç sətirlə işlənmiş "QAZASTAN RESPUBLIKASY 2008" yazısı var. |
Yazının alt hissəsində milli ornament elementi yerləşir. |
Alt hissənin səthi matdır. |
Medal şaquli zolaqlı maor lentlə örtülmüş 50 mm hündürlükdə və 32 mm genişlikdə, altıbucaqlı bir blokla bir üzük və bir üzük vasitəsilə bağlanır: qırmızı 7 mm en, sarı 3 mm en, sarı 22 mm en malikdir. |
Medalın arxasında, medalın paltara bərkitmək üçün üzlük kilidli sancaq mövcuddur. |
Ust-Kamenoqorsk) şəhərindəki Qazaxıstan zərbxanasında düzəldilmişdir. |
Təltif edilənlər Yubiley medalını ilk alanlar Böyük Vətən müharibəsi veteranları olmuşdur. |
Qazaxıstanın paytaxtının 10-cu ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı medal dəvəti qəbul edib Astanaya səfər edən dövlət başçılarına verilmişdi. |
Onlar aşağıdakılardır: Kralı II Abdullah — İordaniya Kralı İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti Qurmanbek Bakıyev — Qırğızıstanın ikinci prezidenti (2005–2010 illərdə) Qurbanqulu Berdiməhəmmədov — Türkmənistanın ikinci prezidenti Abdullah Gül — Türkiyə Respublikasının 11-ci prezidenti Dmitri Medvedyev —... |
Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film. |
Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. |
Azərbaycan Televiziyasında istehsal edilmişdir. |
Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. |
Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. |
1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. |
Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. |
Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. |
Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər. |
Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır. |
Erməni təcavüzkarlara qarşı döyüşlərdə böyük şücaət göstərən Azərbaycanın Milli qəhrəmanı, tankçı Albert Aqarunov azərbaycanlıların qəlbinə əbədi həkk olunub. |
Yəhudi icmasının dinə münasibəti, Azərbaycan Dövlətinin inkişafı naminə fəaliyyəti, yəhudilərin asudə günlərində məşğuliyyəti də filmdə öz əksini tapmışdır. |
Film üzərində işləyənlər Ssenari müəllifi: Aydın Kazımzadə, Rahim Sadıqbəyli Rejissor: Rahim Sadıqbəyli Operator: Adil Abbasov |
Mükafat nizamnaməsi "Atom enerjisinin inkişafında xidmətlərə görə" medalı Rusiya Federasiyasının vətəndaşlarına nüvə enerjisinin tədqiqatı, inkişafı və istifadəsi sahəsində nailiyyətlərə, nüvə təhlükəsizliyinə və kadr hazırlığına töhfələrə və digər nailiyyətlərə görə verilir. |
Rusiyanın atom enerjisinin inkişafı, müdafiə qabiliyyəti, milli maraqları və beynəlxalq əməkdaşlıq. |
Xarici vətəndaşlar da Rusiya Federasiyasının nüvə sənayesinin inkişafına verdiyi töhfələrə görə medal ala bilərlər.Rusiya Federasiyasının üstünlüyü ordeni "Atom enerjisinin inkişafında xidmətlərə görə" medalının , "Dəmir yollarının inkişafına görə" medalından dərhal sonra digər medallarla birlikdə sol döşə taxılmasını ... |
Mükafatın təsviri Həmçinin bax Rusiya Federasiyasının mükafatları və ordenləri Kurçatov medalı: Rusiya nüvə fizikası mükafatı Xarici keçidlər Rusiya Federasiyası Prezidentinin Dövlət Mükafatları Komissiyası |
Avropada ilin muzeyi" müsabiqəsi (ing. |
European Museum of the Year Award - EMYA) — dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biri. |
Müsabiqə 1977-ci ildən bəri Avropa Muzey Forumu tərəfindən keçirilir. |
Hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. |
Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır. |
Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilərlər. |
Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir. |
Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. |
1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin "Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi" yaradılmışdır. |
1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. |
1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. |
1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. |
2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. |
Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması: "Fergüsson" tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının; Polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini a... |
Fəaliyət sahələri Texnoloji imkanları Xarici keçidlər |
Ay-Ulduz" medalı — 7 iyul 1992-ci ildən 6 fevral 1998-ci ilə qədər Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı. |
Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir. |
Ay-Ulduz" medalı aypara və səkkizguşəli ulduzdan ibarətdir, üz tərəfində ikitilli hamar şüalar təsvir edilmişdir. |
Arxa tərəfin səthi hamardır və kontur üzrə qabarıq nazik sağanaqla əhatələnmişdir. |
Arxa tərəfdə medalın mərkəzində qabarıq hərflərlə yazılmışdır: "Azərbaycanın Milli Qəhrəmanı". |
Yuxarıdakı şüada medalın 1 mm hündürlüyündə nömrəsi göstərilmişdir. |
Medal ilgək və halqa ilə zərli metal qəlibə birləşir. |
Qəlib hündürlüyü 20 mm, eni 26 mm olan beşbucaqlı lövhəcikdən ibarətdir, lövhəcik perimetr üzrə haşiyələnmişdir. |
Qəlibin oturacağı boyunca kəsiklər açılmışdır, onun iç hissəsinə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun olan üçrəngli xara çəkilmişdir. |
Qəlibin arxa tərəfində medalı paltara bərkitmək üçün yivli çiv və somun vardır. |
Medal qızıldandır, çəkisi 21,5 qramdır. |
Əvəz olunması "Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir. |
Həmçinin bax Azərbaycanın Milli Qəhrəmanı "Qızıl Ulduz" medalı |
Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşl... |
Abbasov Zöhrab Heydərəli oğlu (ölümündən sonra) — 21.01.1992 Abbasov Sabir Rzaqulu oğlu (ölümündən sonra) — 21.01.1992 Abbasova Fərizə Nəriman qızı (ölümündən sonra) — 21.01.1992 Abduyev Tariyel Oruc oğlu (ölümündən sonra) — 21.01.1992 Abdullayev Əyyub Mahmud oğlu (ölümündən sonra) — 21.01.1992 Abdullayev Zahid Abdulla... |
Azdövsutəslayihə — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturunda olan su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutudur. |
Əsas binası Bakı şəhərində yerləşir. |
Tarixi və fəaliyyəti 1930–1950-ci illər 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində "Su təsərrüfatı obtektlərinin layihələndirilməsi və axtarışı" üzrə "Layihə şöbəsi" kimi yaradılmışdır. |
Bununla da "Azdövsutəslayihə" institunun əsası qoyulmuşdur. |
Fəaliyyətin ilk aylarında "Layihə şöbəsi bağlanmış müqavilələr əsasında kanallar, kanal üzərində qurğuların, gözətçi binaların layihələri hazırlanırdı. |
Meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərin yayılma sahəsinin genişlənəcəyini nəzərə alaraq, Azərbaycan Su Təsərrüfatı İdarəsinin "Layihə Şöbəsi" əsasında 1933-cü il aprel ayının 8-də Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə təşkil olundu. |
Qısa dövr ərzində layihə-axtarış idarəsində Mil düzündəki qədim suvarma sistemlərinin bərpası layihəsi, Şimali Muğan ərazisində suvarma və kollektor-drenaj sistemlərinin layihə sənədləri hazırlandı. |
Xudat massivində topoqrafiya işləri görüldü. |
Bununla yanaşı Salyan düzündə suvarma sisteminin sxematik layihəsi və kollektor suyığıcı sisteminin texniki iqtisadi layihəsi, Kür çayı sahillərindən daşqınlara qarşı mübarizə bəndlərinin layihələri, Araz çayının su qəbul etməklə Mil düzünə və Qarabağın düzən hissələrini suvarılması üçün tədbirlər həyata keçirildi. |
Bu dövrlərdə Azərbaycanda torpaqların şoranlaşması xəritəsidə tərtib olundu və bataqlıqların qurudulmasında hidromexanizasiya üsulundan istifadəyə başlandı. |
1938-ci ildə Samur-Abşeron kanalının birinci növbəsi olan hissəsinin, Samur-Dəvəçi kanalının layihə-axtarış işləri başlamışdır. |
Layihəçilərin və tikinti işçilərinin birgə fədakar çalışmaqlarının nəticəsində uzunluğu 110 km olan Samur-Dəvəçi kanalı 28 aprel 1940-cı ildə istifadəyə verildi. |
1945-ci ildə layihə idarəsi Azərbaycan Layihə-Axtarış İdarəsi adlandırılmışdır. |
Böyük Vətən müharibəsi bitdikdən sonra Mingəçevir Su anbarı-nın tikintisi və Kür-Araz düzənliyinin suvarılması" layihəsinin həyata keçirilməsinə başlanmışdır. |
1948-ci ildə Kür-Araz düzənliyində genişmiqyaslı kollektor-drenaj sisteminin tikintisinə başlandı. |
1950–1970-ci illər 1950-ci il iyun ayının sonuna kimi Azərbaycan Layihə-Axtarış İdarəsində görülən işlər, ümumilikdə, Kür-Araz Su Tikintisi Baş İdarəsi və Azərbaycan SSR su təsərrüfatı Nazirliyi ilə başlanmış müavilələr əsasında aparılırdı. |
1951-ci ildə Yuxarı Qarabağ kanalının, 1954-cü ildə isə Yuxarı Şirvan kanalının layihələndirilməsinə başlandı. |
Muğan-Salyan düzündə aparılan elmi-tədqiqat işləri nəticəsində müəyyən edildi ki, qrunt sularının səviyyəsinin tələb olunan dərinlikdə saxlamaq üçün bu ərazidə kollektor-drenaj sisteminin tikilməsi vacibdir. |
Tez bir zamanda layihə-axtarış işləri aparıldı və 1950–1953-cü illərdə Muğan-Salyan sutullayıcı sistemi tikilərək istismara verildi. |
SSRİ Nazirlər Sovetinin 10.04.1954-cü il 673 saylı qərarı ilə "Azdövsutəslayihə" İnstitutu Azərbaycan SSRİ Su Təsərrüfatı Nazirliyinin tabeliyinə verildi. |
1955-ci ildə Mingəçevir su anbarında işlər tamamlandı və tam istifadəyə verildı. |
1957-ci ildə Araz çayı üzərində Bəhrəmtəpə hidroqovşağı tikildi. |
Bununla Araz çayının suyundan da səmərəli istifadə olunmağa başlandı. |
Mingəçevir su anbarının istifadəsindən sonra 1958-ci ildə Yuxarı Qarabağ kanalı və 1959-cu ildə isə Yuxarı Şirvan kanalı istismara verildi. |
Bununla da müvafiq olaraq Qarabağ zonasının, Mil düzünün və Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Ağsu, Kürdəmir, Hacıqabul rayon ərazilərinin ərazilərindəki əkinyanı sahələri suvarma suyu ilə təmin olundu. |
1960–70-ci illərdə Mil-Qarabağ və digər kollektorların layihəsi işləri aparıldı və tikintisi başa çatdı. |
Şimal çaylarının üzərində hidrotexniki qurğuların layihələndirilməsi işlərinə başlandı. |
Samur-Abşeron kanalının 2-ci növbə tikintisi heyata keçirildi və sonunda Ceyranbatan su anbarı yaradılmışdı. |
Bu illərdə "Azsutəslayihə" institunun fəaliyəti genişləndikcə əməkdaşləarını sayıda ilbə-il artırdı: 1961-ci ildən başlayaraq əməkdaşlar üçün yaşayış binalarının tikintisinə başlandı və sonrakı illərdə 4 ədəd bina tikildi. |
Həmçinin, 1964-cü ildə institut yeni 5 mərtəbəli binaya köçmüşdür. |
1970–1991-ci illər Azərbaycanda 1970–1982-ci illərdə meliorasiya və su təsərüffatı sahəsinin geniş miqyasda inkişafı "Azdövsutəslayihə" institutunda yerinə yetirilən layihə-axtarış işlərinin sayının və həcmlərinin artmasına səbəb oldu. |
Ümumilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969–1982-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı sahəsinə ayrılmış vəsait, sovet hakimiyyətinin 50 ili ərzində bu sahəyə qoyulmuş ümumi vəsaitdən 2 dəfə artıq olmuşdur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.